“Aztelekom” MMC “Taksofon aparatlarının satın alınması” məqsədilə açıq tender elan edir.
Loading
EN

“Aztelekom” MMC “Taksofon aparatlarının satın alınması” məqsədilə açıq tender elan edir.


Elan tarixi: 06.08.2025-ci il

        I.       

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§ Uyğunluq sənədləri;

§ Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 13.08.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

      II.       

Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri və qiymət təklifi əsli və surəti olmaqla bir zərfdə 20.08.2025-ci il tarixində  saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

 Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin  və təchizatçının adı  qeyd edilməlidir.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

     III.       

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§ Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 350 (üç yüz əlli) AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

VÖEN: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bank VÖEN-i 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§ İştirak haqqı heç bir halda geri qaytarılmır.

§ Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

    IV.       

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi prospekti 107

“Aztelekom” MMC

Əlaqələndirici şəxs:

Həsənova Elvira

Satınalma şöbəsi

Satınalma  mütəxəssisi

Telefon: (+994 12) 344 00 00 (2205)

E-mail: [email protected] 

      V.       

Bank təminatı: 3550,00 (üç min beş yüz əlli manat) AZN

    VI.       

Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 20 Avqust 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 17:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

 

   VII.       

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

 

 

“Aztelekom” MMC tərəfindən “Taksofon aparatlarının satın alınması” məqsədi ilə elan edilmiş açıq tenderdə iştirak etmək üçün

 

ƏRİZƏ

(ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

 

Bakı şəhəri                                                                                                        “___”_________ 2025-ci il

 

 

“Aztelekom” MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

                                                                                      

________________________________                                   _______________________

                            A.S.A                                                                             İmza (möhür)


  Müsabiqədə iştirak haqqında müraciət.docx

Satın alınacaq mallara dair

MƏLUMAT

Malların adı

Texniki tələblər

Miqdar

Ölçü Vahidi

1.     

Taksofon aparatı (kartla işləyən) F881

1) Mərkəzi anbarda olan CİP taksofon kartları ilə işləsin;

2) GPON, NGN, İMS tipli ATS-lərdə işləmə imkanlığı;                      

3) Mövcud mərkəzi idarəetmə sisteminə qoşulmaq imkanlığı.

100

ədəd

2.     

Taksofon aparatı (qəpiklə işləyən) F860/F120

Mövcud mərkəzi idarəetmə sisteminə qoşulmaq imkanlığı

40

ədəd

3.     

Modem MultiTech system MT5634ZBA

Mərkəzi idarəetmə sistemində qoşulma üçün nəzərdə tutulur

2

ədəd

4.     

Qəpik daxılı - F860 markalı taksofon aparatları üçün

(Coinbox for F860)

F860 markalı taksofon aparatları üçün daxıl

20

ədəd

Search

×