"Aztelekom" MMC “Texniki baxış öncəsi nəqliyyat vasitələrinin yoxlanış xidmətinin satın alınması” məqsədilə açıq tender elan edir
Loading
EN

"Aztelekom" MMC “Texniki baxış öncəsi nəqliyyat vasitələrinin yoxlanış xidmətinin satın alınması” məqsədilə açıq tender elan edir

 

 

        I.       

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§ Uyğunluq sənədləri;

§ Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 27.05.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

       II.       

Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri və qiymət təklifi əsli və surəti olmaqla bir zərfdə 04.06.2025-ci il tarixində  saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin  və təchizatçının adı  qeyd edilməlidir.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

      III.       

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 137.73 AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

VÖEN: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bank VÖEN-i 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§ İştirak haqqı heç bir halda geri qaytarılmır.

§ Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

     IV.       

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Aslanov Toğrul

Satınalma şöbəsi

Satınalma  mütəxəssisi

Telefon: (+994 12) 344 00 00 (2206)

Mobil:    (+994 10) 250 50 01

Mail: [email protected] 

       V.       

Bank təminatı 690,00 AZN (altı yüz doxsan manat)

     VI.       

 Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 04 iyun 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

    VII.       

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.


S/S

Malın / Xidmətin təsviri

Texniki baxışa hazırlıq tədbirləri

Ölçü vahidi

Miqdarı

1

Texniki baxış öncəsi nəqliyyat vasitələrinə yoxlanış xidməti

1. Dəm qazının Avro standartlara uyğun olmasının yoxlanılması
2. Avtomobil şin protektorlarının istismara yararlı
ğının yoxlanılması
3. İşlək əyləc sisteminin sazlığının yoxlanılması
4. Təhlükəsizlik kəmərinin texniki vəziyyətinin yoxlanılması
5. İşıqların saz vəziyyətdə olmasının yoxlanılması və tənzimlənməsi
6. Avtomobilin istehsalçı konst
ruksiyasına uyğun olmasının yoxlanılması

ədəd

361


 


Search

×