"Regionlarda istilik sistemi və avadanlığın quraşdırılması (kombi şkafı ilə birlikdə) xidmətinin satın alınması" məqsədilə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.
Loading
EN

"Regionlarda istilik sistemi və avadanlığın quraşdırılması (kombi şkafı ilə birlikdə) xidmətinin satın alınması" məqsədilə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq  15.08.2025-ci il tarixdə “Regionlarda istilik sistemi və avadanlığın quraşdırılması (kombi şkafı ilə birlikdə)  xidmətinin satın alınması”üzrə keçirilən açıq tenderin qalibi “Alten” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN-i: 2001551781; Ünvanı: AZ1069, Bakı şəhəri Xətai rayonu, Rəhim Məmmədov, ev.12, m.30) müəyyən edilmişdir.

Qalib təşkilatın dəyəri ƏDV daxil 258 692,82 AZN (iki yüz əlli səkkiz min altı yüz doxsan iki manat səksən iki qəpik) olan  təklifinin aksept olunması qərarı verilmişdir.

Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.11. bəndinə əsasən satınalma üzrə 01.10.2025-ci il tarixdən başlayaraq 07.10.2025-ci il tarixədədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.

Search

×