Aztelekom
Yüklənir
AZ

Hüquqi şəxslərə satış sektorun müdiri

Dərc olunma tarixi

Aztelekom MMC’nin Kommersiya departamenti Hüquqi Şəxslərə Satış sektorun müdiri vakansiyası elan edir!

İş barədə məlumat:

- Telekommunikasiya məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
- B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək, idarə etmək və rəhbərlik etmək;
- Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;
- Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
- Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
- Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
- Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;

Tələblər:

- Kommersiya sahələri üzrə ali təhsil;
- Korporativ satış sahəsində ən az 2 il iş təcrübəsi (Telekommunikasiya, korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Analiz, problemlərin həlli və qərarvermə bacarağı;

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Hüquqi şəxslərə satış sektorun müdiri” qeyd etməklə [email protected]  elektron ünvanına 08.06.2023 tarixinədək göndərə bilərlər.
 

Axtarış

×