Departament: Texniki
Şöbə: Pasportlaşma
Vakansiya: Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri
Kvalifikasiya üzrə tələblər:
• Ali Texniki təhsilli;
• Texniki sahədə ən azı 3 il profesional iş təcrübəsi olmalıdır;
• Rəhbərlik üzrə ən azı 1 il əmək stajına malik olmalıdır;
• Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksən Texnologiyalar haqqında qanunvericiliyinin əsaslarını mükəmməl bilməlidir;
• Telekommunikasiya avadanlıqlarının işləmə prinsiplərini və texnologiyalarını bilməlidir;
• Azərbaycan dilini mükəmməl bilməlidır, əlavə olaraq (rus, ingilis və s.) digər dilləri bilməsi arzuolunandır;
• İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;
• Xətt şəbəkəsinin pasportlaşmasına aid olan sənədlərin tərtib etmə bacarıqlarına yüksək səviyyədə malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv;
• işləməyə bacarmalıdır;
• Kompyuter bilikləri üzrə : MS Office və Outlook proqramlarını mükəmməl bilməlidir;
• Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
• Azərbaycan Respublikasının Konstitusiyası Əmək Məcəlləsi üzrə baza biliklərə malik olamalıdır;
• Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
• Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Vəzifə öhdəlikləri:
• Xətt təsərrüfatının pasportlaşması sektorunun müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında “Aztelekom” MMC-də Xətt şəbəkəsinin pasportlaşması sahəsinə aid olan prosesi və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir;
• Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri öz fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyinə və “Aztelekom” MMC-də müəyyən olunmuş Daxili Qaydalar və Təlimatlara əsasən aparır;
• Xətt təsərrüfatının pasportlaşmasına dair sənədləşməni Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılmasına nəzarət edir;
• Xətt təsərrüfatının pasportlaşması sektoru müdirinin tabeçiliyində olan “İşçiləri” elanlarla, təlimatlarla, texnoloji proseslərlə tanış edir.
• Daxil olmuş müraciətlərin vaxtıda aradan qaldırılmasına nəzarət edir;
• Tabeliyində olan əməkdaşların müştərilərlə ünsiyyətdə etik qaydalara əməl olunmasına nəzarət edir;
• “Aztelekom” MMC üzrə bütün region və filiallarda bu sahə üzrə çalışan mütəxəsislərin sektor mütəxəssisləri tərəfindən ümumi məsələlərlə məlumatlandırılmasına nəzarət edir;
• Sektorun müdiri Texniki Departamentin digər struktur bölmələri ilə öz fəaliyyətini koordinasiya edir, onların qarşılıqlı əlaqəsini təmin edir;
• Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
• “İşəgötürənin”strateji məqsədlərinə nail olmağa doğru istiqamətlənir;
• Sektorun fəaliyyətinin keyfiyyətini artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur və onların öhdəliklərini üzərinə götürür;
• Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat verir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
İş haqqında məlumat:
• 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
• iş vaxtı: 09:00 - 18:00
• iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Xətt təsərrüfatının pasportlaşması sektorunun müdiri” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqəsaxlanılacaqdır.
Son müraciət tarixi: 30.04.2023.