Aztelekom
Yüklənir
AZ

İnfrastruktur bölməsinin rəhbəri

Dərc olunma tarixi

Departament: Texniki Departament
Vakansiya: İnfrastruktur bölməsinin rəhbəri


Əsas vəzifə və öhdəlikləri:

•    Yeni xidmətlər, rabitə və informasiya texnologiyaları üçün texnoloji avadanlıqların təhlil edilməsi, bazarın araşdırılması  və şəbəkənin inkişafının proqnozlaşdırılması;
•    Şirkətin fəaliyyətinin inkişaf etdirilməsi və informasiya texnologiyaları strukturuna texniki dəstək üçün  strategiya hazırlanması;
•    Şəbəkənin keyfiyyətinin şirkətin tələb olunan keyfiyyət standartlarına uyğunlaşdırılması;
•    Satınalma müqavilələri və icrası prosesinə, müəyyən edilmiş spesifikasiyalara, illik plana və büdcəyə uyğun olaraq bütün müraciətlərin təmin edilməsinə nəzarət;
•    Yeni məhsulların, xidmətlərin, kampaniyaların, tariflərin (marketinq və digər bölmələrlə bağlı), proqram təminatının inkişaf etdirilməsi, xidmət platformalarının arxitekturasının yenilənməsi və şirkətin infrastruktur resurslarından optimal istifadəsi ilə bağlı tələblərin və texniki analizlərin koordinasiyası;
•    Şəbəkədə istismarda  olan avadanlıqların və digər xidmət sahələrinin dayanıqlı, fasiləsiz,  keyfiyyətli işinin təmin edilməsi;
•    Sahəsi üzrə müasir trendlərin və biznes-proseslərin tədbiq edilməsi;  
•    Müəssisənin digər struktur bölmələri ilə fəaliyyətin koordinasiya edilməsi, onların qarşılıqlı əlaqəsinin təmini;
•    Tabeçiliyində olan personalın fəaliyyətinin qiymətləndirilməsi və zəruri hallarda Kadrların inkişafı və qiymətlədirilməsi şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planının hazırlanması;
•    Bölmənin fəaliyyətinin keyfiyyətini artırılması məqsədi ilə, tabeçiliyində olan  personala dəstək olmaq və onların öhdəliklərini üzərinə götürmək;
•    Bölmənin fəaliyyətinin təhlil edilməsi və müəyyən olunmuş qaydada rüblük, yarımillik və illik Texniki Direktora hesabat təqdim etmək;
•    Birbaşa rəhbərinin yazılı və şifahi tapşırıqlarının həyata keçirilməsi.

Kvalifikasiya üzrə tələblər:

•    Ali  Təhsili (Texniki sahə); 
•    Sahəsi üzrə ən azı 5 il təcrübəsi;
•    Rəhbərlik üzrə 3 il əmək stajı olmalı;
•    Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini;
•    Azərbaycan,  İngilis və Rus dillərini mükəmməl bilməli;
•    Layihələri idarəetməyi bacarmalı;
•    Güclü liderlik, təşkilatçılıq, təqdimat bacarıqlarına malik olmalı;
•    Texniki sahəyə aid olan sənədlər tərtib etmə bacarığına malik olmalı;
•    Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri düzgün istifadə etməyi bilməli;
•    İşçi heyəti üçün təlim-tədrislər təşkil etmə və keçirmə qabliyyətinə malik olmalı;
•    Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarını mükəmməl  bilməli; 
•    Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalı;
•    Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları;
•    İşgüzar yazışma əsaslarını bilməli;
•    Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını;
•    Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

İş haqqında məlumat:

•    5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Bakı şəhəri

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu hissəsində “İnfrastruktur bölməsinin rəhbəri” vakansiya adını, CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 12.07.2023.

Axtarış

×