Aztelekom
Yüklənir
AZ

Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis

Dərc olunma tarixi

Departament: Texniki 
Vakansiya: Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri

•    Dizel-generator şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir. 
•    Yeni generatorların alınaraq quraşdırılması ilə əlaqəli layihələrinin təminində iştirak (quraşdırma və qəbul prosesində) edir;
•    Generator giriş və çıxış elektrik, siqnal  xətləri, AVR sistemlərinin yenilənməsi, istismarı, təmiri;
•    Müxtəlif tipli, texniki parametrə malik olan akkumulyatorların istismarında iştirak etmək;
•    Müxtəlif tipli, texniki parametrə malik olan AC 380V/220V-DC48V düzləndiricilər - İstismarı, proflaktikası, təmiri.
•    Elektrik enerji işlədici avadanlıqların yerlə birləşmə durumunun yoxlanılması, ölçulməsi və problemlərin aradan qaldırılmasının koordinasiyası, icrası;
•    Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Kvalifikasiya üzrə tələblər:

•    Ali, orta texniki və ya energetika üzrə peşə təhsilli
•    Energetika  sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalıdır;
•    Dizel-generator sistemlərinin istismar qaydalarını, profilaktika işlərinin aparılmasını, baş vermiş nasazlıqların aradan qaldırılması üçün mövcud istismar təlimatlarını mükəmməl bilməlidir;
•    Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarında işləməyi bacarmalıdır;
•    “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”, “Elektrik və istilik qurğularının texniki istismar Qaydaları”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” qaydalarını bilməlidir;
•    Elektrik təhlükəsizliyi üzrə 3-cü qrupa malik olmalıdır;

İş şəraiti

•    İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək (qəza halları zamanı  7 gün/24 saat iş zamanına uyğun fəaliyyətinin təmini (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması və s. təmin edilməklə);

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini mövzu  hissəsində “Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi 15.07.2023.

Axtarış

×