Aztelekom
Yüklənir
AZ

Aparıcı hüquqşünas

Dərc olunma tarixi

Departament: Hüquq 
Şöbə:Korporativ hüquqi tənzimləmə şöbəsi
Vakansiyalar: Aparıcı hüquqşünas

Əsas vəzifə və öhdəliklər:

•    Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
•    Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
•    Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
•    Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
•    İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
•    İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
•    Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
•    Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
•    İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
•    Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

•    Ali hüquq təhsili olmalı;
•    Korporativ hüquq sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsinə malik olmalı;
•    Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
•    Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
•    Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
•    Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
•    Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
•    Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
•    Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
•    Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
•    Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
•    İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.


İş haqqında məlumat

•    5 günlük iş rejimi
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq   tələblərə  uyğun  olan namizədlər mövzu  hissəsində “Aparıcı hüquqşünas” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 30.06.2023.


 

Axtarış

×