Aztelekom
Yüklənir
AZ

Business Intelligence üzrə mütəxəssis

Dərc olunma tarixi

Kommersiya Departamenti
Biznesin təhlili və bazar araşdırması şöbəsi 
Vakansiya
: Mütəxəssis 

Vəzifə öhdəlikləri

•    Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis fəaliyyətini Marketinqin idarəedilməsi prosesi eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
•    Məlumatların təhlil edilməsi və müxtəlif hesabatların hazırlanmasında iştirak edilməsi;
•    Rəhbərliklə birgə satış planının hazırlanmasında iştirak etmək və məlumatların satış komandalarına ötürülməsi;
•    Strateji və kommersiya planlaşdırmalarında iştirak edilməsi;
•    Kommersiya planı üzrə reportun hazırlanması və analitikasının aparılması;
•    Dövri hesabat infrastrukturunun yaradılması, icrası, saxlanılması və təkmilləşdirilməsi;
•    Abunəçidən əldə olunan gəlir, istifadə və ARPU (İstifadəçi başına orta gəlir) baxımından hər bir kompaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi;
•    Hesabatların keyfiyyətinin yüksəldilməsi, yeni təqdimat formatlarının və ümumi hesabatların avtomatlaşdırılması üçün həllərin hazırlanması;
•    Şirkətin ümumi nailiyyətləri haqqında həftəlik/aylıq yeniliklərin təmin edilməsi;
•    Departamentin digər struktur  bölmələrilə  qarşılıqlı fəaliyyət göstərilməsi;
•    Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər və bacarıqlar 

Biznes analitika və bazar araşdırması üzrə mütəxəssis vəzifəsinə alınan şəxs  aşağıdakı  tələblərə uyğun olmalıdır: 
•    İqtisadiyyat, İnformatika, Maliyyə, Statistika, Menecment, Tətbiqi riyaziyyat sahəsində ali təhsil;  
•    Telekommunikasiya, FMCG və maliyyə sektorlarında hesabatların təhlili və proqnozlaşdırılması üzrə 1 illik təcrübə;
•    Real iş mühitində tətbiq edilmiş analitik düşüncə bacarığı
•    SQL və R üzrə peşəkar işləmə bacarığı, Python üzrə biliklər arzuolunandır
•    Verilənlər bazası ilə işləmək bacarığı
•    Power BI və Excel üzrə peşəkar işləmə bacarığı
•    Yüksək təqdimat və prezentasiya hazırlama bacarığı (Power Point üzrə)
•    Azərbaycan və ingilis dillərini bilməlidir, rus dili arzuolunandı;
•    İşgüzar yazışma əsaslarını bilməlidir;
•    Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
•    Müasir Telekommunikasiya trendlərini bilməlidir; 
•    Nəticə yönümlü olmalıdır;
•    Stress və gərgin iş şəraitinda çalışma bacarıqlarına malik olmalıdır;
•    Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
•    Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;

İş haqqında məlumat:

•    5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Baş ofis, Bakı şəhəri


Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu hissəsində “Biznesin təhlili və bazar araşdırılması üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi 15.07.2023.

Axtarış

×