Departament: İnformasiya Texnologiyaları departamenti
Vakansiya: Kibertəhlükələrin analizi üzrə mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Daxil olan sorğular üçün təhdidlərin xarakterini, məlumat mənbələrini müəyyənləşdirmək;
• “Threat Intelligence”-a aid məlumat mənbələrinin uyğunluğunu qiymətləndirmək;
• Məlumat boşluqlarını vurğulamaq və mənbələri təsdiqləmək;
• Yeni IOC müəyyənləşdirmək və IOC məlumat bazasının davamlı saxlanılmasına dəstək vermək;
• Təhlükəyə aid yeni IOC-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş IOC-ların sayı, təhdidlərə aid TTP-lər və təsirə məruz qalan/hədəf sistemlərini əhatə edən yeni nöqsanlar barədə hesabat hazırlamaq;
• Yeni müəyyən edilmiş təhdidləri, təsirlənmiş aktivləri və əlaqəli hücum vektorlarını biznes tələbləri ilə birlikdə Use Case-lərə çevirmək;
• Hesabat göstəricilərinə əsasən müntəzəm hesabat təqdim etmək
Tələb və bacarıqlar:
• İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
• Microsoft Office proqramları;
• İngilis dili biliyi (texniki səviyyədə yaxşı);
• Güclü analitik və səbəbli analiz bacarıqları;
• Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;
• Jurnal formatları üzrə biliklər;
• Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında anlayış;
• Açıq mənbə Threat Intelligence üzrə (OSİNT) məlumat toplama alətləri və Threat Intelligence vendor portalları ilə təcrübə;
• Network forensics sahəsində bilik/təcrübə: şəbəkə trafiki protokolları, trafik təhlili( məsələn, PCAP), müdaxilənin aşkarlanması;
İş haqqında məlumat
• 5 günlük iş rejimi
• iş vaxtı: 09:00 - 18:00
• iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər link vasitəsi ilə ərizə formasını doldurub müraciət edə bilərlər.