Aztelekom
Yüklənir
AZ

Proqramçı

Dərc olunma tarixi

Departament: İnformasiya Texnologiyaları Departamenti
Şöbə: Proqramlaşdırma 
Vakansiya: Proqramçı 

Əsas vəzifə və öhdəlikləri:

•    Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
•    Hazır Proqram təminatın istismarı səmərəliyi baradə rəy bildirir;
•    Riyazi modellər əsasında avtomatlaşdırma məsələlərin algoritmlərini yaradır;
•    Məsələlərin həlli texnologiyanı yaradır və izləyir;
•    Proqramlaşdırma dilini seçir;
•    Avtomatlaşdırmaya aid məlumatları təyin edir və onun strukturunu, saxlama ,dəqiqliyini, daxil və xaric edilmə sxemləri seçir;
•    Proqramları yoxlamağa hazırlayır və aparır;
•    Proqramları tam yoxlamaq üçün məlumatları hazırlayır;
•    Məlumatların və avtomatlaşdırma proseslərinin unifikasiyası üçün təkliflər verir;
•    Proqramlaşdırma şöbəsinin perspektiv və cari planların hazırlanmasında iştirak edir;
•    Onun tərəfindən yazılan proqramların tam izahatını və muşahidə üçün  sənədlər hazırlayır;
•    Hazır proqramlara dəstək edir və lazım olarsa düzəliş edir;
•    Bütün proqramlar və onalara aid olan sənədlər mərkəzi  Repositorida saxlanmasını təmin edir;
•    İş yükü artiq olduğu zaman (mütəmadi olaraq) və şöbənin  işinin keyfiyyətini artırmaq məqsədi ilə Departamentin digər struktur  bölmələrinin işinə dəstək olur;

Kvalifikasiya üzrə tələblər və bacarıqlar:

•    Aşağıdakı proqramları yüksək səviyyədə bilməlidir: 
•    Native PHP və SQL(MySQL/PostgreSQL), OOP, ORM, MVC
•    Laravel framework-də,  Linux əməliyyat sistemində, Git-lə, Clean code, Rest/Soap APİ ilə işləyəməyi bilməli;
•    Yii2 və Docker proqramlarını bilənlərə üstünlük veriləcəkdir;
•    Yüksək alqoritm qurma bacarığına malik olmalı;
•    Redis/Memcached üzrə təcrübəsi olmalıdır;
•    İnformasiya Texnologiyaları üzrə Ali Təhsilə malik olmalı;
•    Proqramlaşdırma sahəsi üzrə azı 3 il əmək stajına malik olmalıdır;
•    Azərbaycan dilini mükəmməl bilməlidır, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməlidir;
•    Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları üzrə Qanunvericiliyini mükəmməl bilməlidir;
•    Struktur programlaşdırma prinsipləri öz fəaliyıtində istifadə etməlidir;
•    Proqram təminatların növlərini;
•    Muasir Proqramlaşdırma dillərini;
•    Məlumatların kodlaşdırma texnologiyalarıni; 
•    Komanda tərkibində və GIT Repository işləməsini bacarmalıdır;
•    Telekommunikasiya texnologiyaları üzrə protokolların işləmə qaydası üzrə biliklərə malik olmalı;
•    Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.

İş haqqında məlumat:

•    5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər link vasitəsi ilə ərizə formasını doldurub müraciət edə bilərlər.
 


 

Axtarış

×