Aztelekom
Yüklənir
AZ

Sınaq üzrə mütəxəssis

Dərc olunma tarixi

Departament: İnformasiya Texnologiyaları Departamenti
Vakansiya: Sınaq üzrə mütəxəssis 

Əsas vəzifə və öhdəlikləri:

•    Sınaqlar  üzrə mütəxəssis fəaliyətini Sınaq prosesinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla  aparır;
•    Bütün yeni və mövcud proqramların, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək və yoxlamaq;
•    Yeni və mövcud xidmətlər və tətbiqlər üçün ATP və UAT hazırlamaq və icra etmək;
•    Məhsul tələblərini təhlil etmək, sınaq və istehsal mühitlərində tam dövr test ssenariləri və sınaq nümunələrini hazırlamaq və həyata keçirmək;
•    Test nəticələrini və məhsulun vəziyyətini göstərən test hesabatları yaratmaq;
•    Vendor və Aztelekom proqram təminatı tərtibatçıları və mühəndisləri ilə sıx əməkdaşlıq etmək və proqram təminatının keyfiyyəti ilə bağlı rəy bildirmək;
•    TM (Targeted Marketing) ssenariləri üçün avtomatlaşdırılmış testlər yaratmaq, idarə etmək və həyata keçirmək;
•    Şəbəkə üzərindən məlumat mübadiləsinin aparılması, faylların emalı, daxil olan sorğuların cavablandırır;


Kvalifikasiya üzrə tələblər və bacarıqlar:

•    Ali Təhsilli, Texniki sahəyə üstünlük verilir
•    Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları üzrə Qanunvericiliyini mükəmməl bilməlidir;
•    Məlumat bazasının ehtiyat nüsxəsinin çıxardılması, yoxlanılması üzrə iş bacarığı olmalıdır;
•    Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin hazırlanması üzrə iş təcrübəsi; 
•    İnformasiya Texnologiyaları üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv  işləməyə bacarmalıdır;
•    Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini və Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalıdır. İşgüzar yazışma qaydalarını bilməlidir;
•    Azərbaycan və ingilis dili - yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür;
•    Microsoft Office proqramları üzrə qabaqcıl biliklər;
•    Keyfiyyətin İdarə Edilməsi Metodologiyaları haqqında biliklər;
•    Sınaq sənədlərinin işlənməsi üzrə biliklər;
•    SQL baza bilikləri;
•    Test və keyfiyyət təminatı sahəsində təcrübəyə üstünlük verilir;
•    Müştəri Xidmətləri, Billing və OSS proqramları üzrə əsas biliklərə üstünlük verilir;
•    HTML,UNIX/Linux üzrə biliklər, PL/SQL Proqramlaşdırma biliklərinə üstünlük verilir;

İş haqqında məlumat:

•    5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər link vasitəsi ilə ərizə formasını doldurub müraciət edə bilərlər.
 


 

Axtarış

×