Aztelekom
Yüklənir
AZ

SƏTƏM üzrə mühəndis

Dərc olunma tarixi

İnsan Resursları departamenti
SƏTƏM şöbəsi

Vakansiya: SƏTƏM üzrə mühəndis

Kvalifikasiya üzrə tələblər:

•    SƏTƏM  üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı  tələblərə uyğun    olmalıdır:
•    Ali-texniki təhsilə üstünlük verilir; 
•    Sahəsi üzrə ən azı 3 il təcrübəsi olmalıdır;
•    Azərbaycan dilini mükəmməl bilməlidir,  İngilis  və Rus dilləri arzuolunandır;
•    SƏTƏMM üzrə qaydaları mükəmməl bilməlidir;
•    Kompyuter bilikləri üzrə : MS Office və Outlook programlarını mükəmməl bilməlidir; 

Aşağıdakılara dair mükəmməl biliklərə sahib olmalıdır:

•    SƏTƏMM  üzrə dövlət normativ tələbləri;
•    Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələr;
•    SƏTƏMM sahəsində milli və dövlətlərarası standartlar;
•    Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodları;
•    Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimləri;
•    Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydaları;
•    İş yerlərində əmək şəraitinin öyrənilməsi metodları;

Vəzifə öhdəlikləri:

•    SƏTƏMM  üzrə mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkilidir.
•    SƏTƏMM üzrə mütəxəssis, fəaliyətini SƏTƏMM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla  aparır;
•    Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının  tərtibatında iştirak edir;
•    “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət edir;
•    Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
•    “Aztelekom” MMC-də quraşdırılmış cıhaz və avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə  nəzarət edir;
•    İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
•    “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçirir;
•    Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət edir;
•    Istehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotu və təhlili aparır;

•    Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərir;

•    Müəssisənin bütün struktur bölmələri ilə işin koordinasiyasını təmin etmək və daim əlaqə saxlamaq.


Müvafiq tələblərə uyğun olan namizədlər link vasitəsi ilə ərizə formasını doldurub müraciət edə bilərlər.
 

Axtarış

×