İnformasiya mühitində internet istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün vətəndaşlara “SAF” – Təhlükəsiz İnternet xidmətini təklif edirik. Bu xidmət vasitəsi ilə istifadəçilər azyaşlı uşaqların tərbiyəsinə neqativ təsir edəcək cinayətkarlıq, əxlaqsızlıq və aqressivlik kimi məlumatları əks etdirən internet səhifələrinə girişə nəzarətə edə biləcəklər. Həmçinin web səhifələrə daxil olmalarına qadağa qoyar, arzuolunmaz saytları özləri seçib bağlaya bilərlər.
Abunəçi “ağ” və ya “qara” siyahını özü tərtib edir, istənilən internet səhifəsinə girişi nəzarətdə saxlayır.
SAF xidmətini istənilən zaman aktiv və ya deaktiv etmək mümkündür.