Avtomatik telefon stansiyası (ATS) vasitəsi ilə daima işlək rejimdə olan etibarlı və sərfəli rabitə vasitəsidir.
Qoşulma prosesi
Telefon xidmətinə qoşulmaq və nömrə əldə etmək məqsədi ilə abunəçi yerli Telekommunikasiya Qovşağına müraciət etdiyi andan etibarən sifarişin icrasına başlanılır. Avadanlıqların quraşdırılması və təmin edilməsi müddəti sifarişçinin yaşadığı yerindən, iş prosesinin mürəkkəbliyindən və telefon kabelinin mövcud olub-olmamasından asılıdır.
Stasionar telefon nə üçün lazımdır?
Stabil lokal telefon şəbəkəsi abunəçilərə şəhər və kənd daxilində limitsiz ünsiyyət qurmaq imkanı yaratmaqla yanaşı, şəhərlərarası və beynəlxalq zənglərin sərfəli tariflərlə ünsiyyətini də təmin edır. Ucqar rayon və kəndlərdə mobil telefon xidmətlərinin bir çox hallarda şəbəkə xaricində olduğunu nəzərə alsaq, stasionar telefon rabitəsi hər zaman Sizin xidmətinizdədir.
“Aztelekom” MMC respublikanın bütün regionlarında (Bakı şəhəri və Naxçıvan MR istisna) əhalini stasionar telefon xidməti ilə təmin edir.