“Tac kart” sabit telefon şəbəkəsi üzərindən mobil, beynəlxalq və şəhərlərarası danışıqlar aparmaq üçün istifadə edilən universal ödəniş kartıdır.
Bu kartların bir sıra üstünlükləri mövcuddur:
✓ Sabit telefon şəbəkəsi üzərindən edilən mobil, şəhərlərarası və beynəlxalq zənglərə görə borc hesablanmır. ✓ Telefonun balansına daima nəzarət etmək imkanı var. ✓ Telefonun “0” çıxışı bağlı olduğu halda belə mobil, şəhərlərarası və beynəlxalq zənglər etmək mümkündür.
“Tac kart” vasitəsi ilə sabit telefon şəbəkəsi üzərindən həm bölgələrdən, həm də Bakı şəhərindən istədiyiniz yerə zəng etmək mümkündür.
Zəng etmək üçün iki istifadə qaydası mövcuddur:
Əməliyyat növü
İstifadə qaydası
1
Balansı artırmaq və ya balansda qalan məbləği öyrənmək üçün
*124*Pin kod# Yes
Yalnız bölgələrdən danışıq aparmaq üçün
*178*Pin kod# Yes
2
Bakı şəhəri də daxil olmaqla bütün bölgələrdən danışıq aparmaq üçün
*181* Pin kod #şəhər kodu, telefon nömrəsi #
“178” prefiksindən fərqli olaraq, "181" prefiksi ilə istifadə olunan kartın hesabı telefonun balansına yüklənilmir. Hər hansı istiqamətə zəng etmək üçün pin kod hər dəfə telefona daxil edilməlidir. Bu isə istifadəçiyə bir kartdan müxtəlif yerlərdə istifadə etmək imkanı yaradır.