Aztelekom MMC-nin texniki binalarında, binaların damlarında və həyətyanı sahələrində
kənar təşkilatlar tərəfindən avadanlıqların yerləşdirilməsi
S/S
Xidmətlərin adları
ƏDV daxil olmaqla xidmət haqqı, manat
Birdəfəllik xidmət haqqı
Aylıq xidmət haqqı
1
0,5 m³ həcmə qədər olan şkaflarda avadanlıqların yerləşdirilməsi üçün
100,0
100,0
2
0,5 m³ - 1 m³ həcmli şkaflarda avadanlıqların yerləşdirilməsi üçün
200,0
210,0
3
Texniki binaların damlarında quraşdırılan antennalar və həmin antennaların avadanlıqları olan konteynerlərə görə
300,0
177,0
4
Texniki binaların həyətyanı sahələrdə quraşdırılan antenna və həmin antennaların avadanlıqları olan konteynerlərə görə
200,0
177,0
Qeyd: 1. Texniki binalarda, binaların damlarında və həyətyanı sahələrdə avadanlıqların yerləşdirilməsi tariflərinə avadanlıqların yerləşdirilməsi, elektrik enerji qurğularına bağlantının verilməsi, avadanlıqların qorunması və normal tempratur rejiminin yaradılması ilə bağlı xidmətlərin dəyəri daxil edilmişdir.
Yerləşdirilmiş avadanlıqların istehlak etdikləri elektrik enerjisinə görə avadanlığın mülkiyyətçisi tərəfindən aşağıdakı qaydada əlavə olaraq ödəniş aparılır: Avadanlıqlar üçün sayğac qoyulduğu halda elektrik enerjisindən istifadə, sayğacın göstəricisi və elektrik enerjisindən istifadə tarifi əsasında hesablanır.
Avadanlıqların elektrik enerji sərfiyyatını müəyyənləşdirən sayğac olmadığı halda elektrik enerjisindən istifadə haqqı, avadanlıqların gücü, 12 % enerji itkiləri və istifadə tarifi əsasında hesablanır. Elektrik enerji istehlakı sayğac və ya avadanlıqların texniki pasport göstəriciləri əsasında müəyyən etmək mümkün olmadıqda istehlak olunan elektrik enerjisi eyni tip avadanlıqların güc sərfiyyatına uyğun "Aztelekom" MMC tərəfindən təyin edilir.
2. 0,5 m³ həcmə qədər şkaflarda avadanlıqların yerləşdirilməsi üçün təyin edilmiş 100 manat aylıq xidmət haqqına istehlak olunan elektrik enerjisinin 42,5 manatadək hissəsi, 1,0 m³ həcmə qədər şkaflarda avadanlıqların yerləşdirilməsi üçün təyin edilmiş 210,0 manat aylıq xidmət haqqına istehlak olunan elektrik enerjisinin 85,0 manatadək hissəsi daxil edilmişdir.
İstehlak olunan elektrik enerjisinin müvafiq olaraq 42,5 və 85,0 manatdan artıq hissəsinin dəyəri sayğac və ya avadanlıqların gücü əsasında müəyyən olunmaqla avadanlıqların mülkiyyətçisi tərəfindən əlavə ödənilməlidir.
3. 1 m³-dən artıq həcmli şkaflarda avadanlıqlar yerləşdirildiyi halda aylıq xidmət haqqı şkafın həcminə uyğun proporsional olaraq artırılır. (nümunə: 1,2 m³ şkaf üçün aylıq xidmət haqqı 1,2 x 210,0 = 252 manat).
Axtarış
×
Onlayn müraciət
Xidmətlərlə bağlı online müraciət etmək üçün aşağıda qeyd olunan formanı doldurub göndərə bilərsiniz.