“Aztelekom” MMC “Taksofon üçün vinillərin alınması , demontaj və montajı” məqsədilə açıq tender elan edir.
Yüklənir
AZ

“Aztelekom” MMC “Taksofon üçün vinillərin alınması , demontaj və montajı” məqsədilə açıq tender elan edir.



“Aztelekom” MMC  “Taksofon üçün vinillərin alınması , demontaj və montajı” məqsədilə açıq tender elan edir.     

             

Elan tarixi: 14.11.2025-ci il

Ehtimal olunan qiymət: 9 221,76 AZN ƏDV daxil

         I. 

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§ Uyğunluq sənədləri;

§ Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 21.11.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

 

       II.        

Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri və qiymət təklifi vahid zərfdə 28.11.2025-ci il tarixində saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin  və təchizatçının adı  qeyd edilməlidir.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

      III.        

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 18.44 AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın 1-ci bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

VÖEN: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bank VÖEN-i 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

§ İştirak haqqı heç bir halda geri qaytarılmır.

§ Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

     IV.        

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Aytac İbrahimova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 0000 (daxili  2225)

Mail: [email protected]

      V.        

Bank təminatı: 100 AZN (yüz manat)

     VI.        

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 28 noyabr 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 17:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

   VII.        

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş Taksofon üçün vinillərin alınması , demontaj və montajı” üzrə açıq tenderdə iştirak etmək üçün

 

ƏRİZƏ

(ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

 

 

Bakı şəhəri                                                                                                       “___”_________ 2025-ci il

 

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

 

________________________________                                   _______________________

                            A.S.A                                                                             İmza (möhür)



 

Satın alınacaq mallara/işlərə/xidmətlərə dair 

MƏLUMAT

 

 

Malların və xidmətin adı

Xüsusiyyətlər

Miqdar

Ölçü vahidi

1

Taksofon üçün vinil (taksofonun sağ tərəfi)

En – 60sm (üst hissə), 35 sm (alt hissə)
Uzunluq – 120sm
Mat Buz vinil çapı

82

ədəd

2

Taksofon üçün vinil (taksofonun sol tərəfi)

En – 60sm (üst hissə), 35 sm (alt hissə)
Uzunluq – 120sm
Mat Buz vinil çapı

82

ədəd

3

Taksofon üçün vinil (iç sağ tərəf)

En – 23 sm
Uzunluq – 120sm
Buz vinil çapı

82

ədəd

4

Taksofon üçün vinil (iç sol tərəf)

En – 23 sm
Uzunluq – 120sm
Buz vinil çapı

82

ədəd

5

Taksofon üçün vinil (üst ön tərəf)

En – 4,5 sm
Uzunluq – 80 sm
Vinil çapı

82

ədəd

6

Taksafonun içərisi üçün telefon kodları stikerinin çap, demontaj və montajı

En – 240 mm
Uz. – 340 mm
Stiker çap

82

ədəd

7

Vinillərin çatdırılması, demontaj və montajı.

Qoşmada verilən ünvanlar üzrə köhnə vinillərin demontajı, yeni vinillərin montajı. Toplam 61 ünvan (40 ünvan – tək dayaqlı taksofon, 21 ünvan – cüt dayaqlı taksofon)

1

ədəd

8

Modem üçün yapışqan stiker

Birtərəfli çap olunacaq stikerlərin hazırlanması. Stiker ölçüləri 7 sm (uzunluq) x 2,5 sm (hündürlük) olmalıdır. Çap 55–60 qramlıq kağızda off-set üsulu ilə aparılacaq.Stikerlərin arxa tərəfində uzunömürlü yapışqan qat olmalı, istifadə zamanı dayanıqlılıq təmin edilməlidir. Məhsullar hazır kəsilmiş (final formda) şəkildə təqdim edilməlidir.

3000

ədəd

 

Qeyd 1:

Vizual görüntülər:

https://drive.google.com/file/d/1xT3JxOf_DlE9foudR2ZD5FwxbrllJxVy/view?usp=sharing

https://drive.google.com/file/d/1ibgKSF8DNbbpe_g3FAdP54Cc3KzIRfkJ/view?usp=sharing

https://drive.google.com/file/d/19mJaLDuCwS9F-mvsLZj51if5GrhhISpH/view?usp=sharing

https://drive.google.com/file/d/1z34aMbVz2ZNYLjZ4xM4yGGOADo97l-_R/view?usp=sharing

https://drive.google.com/file/d/1y_42vbrxhq_Kkodu6TF8AcUkymu5NDov/view?usp=sharing

https://drive.google.com/file/d/191fXBezYN68VRKBbPOtSDhf4A5N9C9ej/view?usp=sharing

 

Ünvan siyahısı:

SAP\Taksofon_ünvanların_siyahisi.xlsx

·       Material – Yapışqan əsaslı mat buzlu vinil, üst hissədə isə adi vinil. Hava şəraitinə davamlı, asanlıqla yapışan və uzunmüddətli, bir neçə il ərzində soyulmayacaq, yüksək keyfiyyətli olmalıdır.

·       Rənglər – Dizayn olunacaq fayl qoşmaya yerləşdirilir. Rənglər həmin fayla uyğun olacaq. Rənglərdən kənara sapmalar yolverilməzdir. Rəng kodları və şirkətin logobook-u qoşmada əlavə olunur.

·       Ölçülər – Taksofonun yan tərəfləri 120x60 sm, iç tərəfləri isə 120x23 sm, üst ön tərəf isə 4,5x80 sm olaraq verilmişdir. Taksofonun yan tərəflərinin eni aşağıya doğru azalandır. Bu səbəbdən qoşmada taksofonların eskizi, real şəkilləri və mockup versiyası da əlavə olunur. Taksofonların ən dəqiq ölçüsü üçün çapa başlamazdan öncə təchizatçıdan yerində ölçü götürməsi tələb olunur.

·       Dizayn – Qoşma faylına əlavə edilmişdir. Hazırlanmağa başlanmamışdan öncə Aztelekom ilə təsdiqlədilməlidir. Ümumi tirajdan öncə 1 ədəd nümunə başqa bir səth üzərinə vurulmalıdır. Nümunədən sonra ümumi tiraj çapı olunacaq. Dizayn taksofonun eskizinə uyğun olaraq sağ və sol tərəflər üçün ayrıca təqdim olunur.

·       Ünvanlar – Taksofonların yerləşdiyi ünvanlar qoşmada təqdim olunub. Həmin ünvanlar tək dayaqlı və cüt dayaqlı olaraq ikiyə bölünür. Tək dayaqlı taksofonlar 1 taksofondan ibarət, cüt dayaqlı taksofonlar isə arxa-arxaya birləşdirilmiş iki eyni taksofondan (qoşmada şəkil əlavə olunur) ibarətdir. Yəni yuxarıda qeyd edilən saylar hər vinilin (sağ/sol, iç/yan tərəflər olmaqla) ümumi çap sayıdır.

·       Xidmətə nümunə işin təqdim edilməsi, vinillərin çapı, ünvanlardaki köhnə vinillərin demontajı, təmizlənməsi və montajı, çapdan öncə real taksofon üzərindən ölçülərin dəqiqləşdirilməsi, montajdan sonra bütün taksofonların foto hesabatı daxildir.

·       Dizayna əsasən taksofonların nümunə görüntüsü Kommersiya departamenti tərəfindən təsdiqləndiyi tarixdən 30 iş günü ərzində təchizatçı tərəfindən vinil hazırlanıb vurulmalıdır.


Elan -Taksofon üçün vinil-.docx 

Axtarış

×