“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən
AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 03.10.2025-ci il tarixdə “Qeyri-yaşayış
sahələrinin qazlaşdırılması üçün texniki şərtə uyğun layihə-smeta sənədlərinin
hazırlanması xidmətinin satın alınması" üzrə keçirilən açıq tenderin
qalibi “Star Layihələndirmə TQ” QSC (VÖEN: 1006240211, Ünvan: AZ1072, Bakı
şəhəri Nərimanov rayonu, Aşıq Molla Cümə, ev.138) müəyyən edilmişdir.
Qalib
təşkilatın dəyəri ƏDV daxil 12730,00 (on iki min yeddi yüz otuz manat, sıfır qəpik)
AZN təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə
alaraq, AZCON qaydalarının 14.11. bəndinə əsasən müsabiqənin nəticəsi üzrə 27
noyabr 2025-ci il tarixdən başlayaraq 03 dekabr 2025-ci il
tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara
satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən
nəticələrdən şikayət etmək) hüququnu verir.



