“Aztelekom”
Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına
uyğun olaraq 05.11.2025-ci il tarixdə “Tbilisi pr., 187 və 107 ünvanda avtomobillər üçün girişə nəzarət
sistemi (şlaqbaum) alınıb quraşdırılması və texniki dəstəyin satın alınması”məqsədilə
açıq tender elan edilmiş və 21.11.2025-ci il tarixdə zərflərin açılışı baş
tutmuşdur. Sözügedən açıq tender müsabiqəsinin nəticələri AZCON-un daxili
satınalma qaydalarının 16.1.1. bəndinə (satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını
təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan
təchizatçıların sayı üçdən az
olduqda) uyğun olaraq ləğv edilmişdir.



