“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 15.01.2026-cı il tarixdə “Odsöndürən balonların servisi və doldurulmasının satın alınması” üzrə keçirilən açıq tenderin qalibi “RED LİNE” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2904600801; Ünvan: Sumqayıt şəh., 6 mkr., ev 30, m.36) müəyyən edilmişdir.
Qalib təşkilatın dəyəri ƏDV daxil 21.108,43 AZN təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən müsabiqənin nəticəsi üzrə 17 fevral 2026-cı il tarixdən başlayaraq 23 fevral 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.



