“Aztelekom” Məhdud Məsuliyyətli
Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun
olaraq 17.02.2026-cı il tarixdə “Qərb və Cənub
zonalar üçün yeni İPTV sisteminin alınıb quraşdırılması” məqsədilə açıq tender elan edilmiş və 03.03.2026-cı il tarixdə
zərflərin açılışı baş tutmuşdur. Sözügedən açıq tender müsabiqəsinin
nəticələri AZCON-un daxili satınalma qaydalarının 16.1.1. bəndinə
(satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb
olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların
sayı üçdən az olduqda) uyğun olaraq ləğv edilmişdir.



