“Aztelekom” Məhdud Məsuliyyətli
Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun
olaraq 04.06.2026-cı il tarixdə “Regionlarda qeyri-yaşayış sahəsinin
qazlaşdırılması üzrə işlərin satın alınması” məqsədilə kotirovka sorğusu elan
edilmişdir. Sözügedən kotirovka müsabiqəsinin nəticələri AZCON-un daxili
satınalma qaydalarının 16.1.1. yarımbəndinə (satınalmada iştirak etmək
üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq
lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma
ləğv edilir) uyğun olaraq ləğv edilmişdir.



