“Aztelekom” MMC “Təmizlik mallarının satın alınması” məqsədilə kotirovka sorğusu elan edir.
Yüklənir
AZ

“Aztelekom” MMC “Təmizlik mallarının satın alınması” məqsədilə kotirovka sorğusu elan edir.


Elan tarixi: 29.06.2026-cı il

Ehtimal qiymət: ƏDV daxil 140.426,10 AZN (Bir yüz qırx min dörd yüz iyirmi altı manat, on qəpik)

        I.       

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§Uyğunluq sənədləri;

§Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 06.07.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

      II.       

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 13.07.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected]  e-mail ünvanına göndərilməlidir.

 

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

 

     III.       

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§ Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər  250,00  (iki yüz əlli manat)  AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§İştirak haqqı heç bir halda geri qaytarılmır.

§Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

    IV.       

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Toğrul Aslanov

Satınalma şöbəsi

Satınalma  mütəxəssisi

Telefon: +994 12 344 00 00 (2206)

Mobil:    +994 10 250 50 01

Mail: [email protected]

      V.       

Bank təminatı: tələb olunmur

    VI.       

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 14.07.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

   VII.       

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş "Təmizlik mallarının satın alınması” məqsədilə kotirovka sorğusunda iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                            “___” _______  2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

           A.S.A                                                                                         İmza (möhür)                                      


Satın alınacaq mallara dair

MƏLUMAT

 

S/№

Malların (işlərin və xidmətlərin) adı

Təsviri

Çatdırılma /icra tarixi

Ölçü vahidi

Miqdarı

1

Ağardıcı

 Ləkə təmizləyici maye, xlor tərkibli, limon ətirli, Ölçü:1000ml (ACE və ya ekvivalenti)

10-iş günü

ədəd

1500

2

Ağardıcı toz

Xlor ətirli, bütün səthlər üçün, Ölçü:500 qr (COMET və ya ekvivalenti)

ədəd

1000

3

Təmizləyici maye

Səthlər üçün ağardıcı maye xlor qoxulu, Ölçü:750 ml, (Domestos və ya ekvivalenti)

ədəd

2000

4

Süpürgə

Təbii, sarı, sadə

ədəd

500

5

Süpürgə (həyət üçün)

Həyət üçün, təbii

ədəd

300

6

Əski döşəmə üçün mikro fibra 80*100

80*100 (mikro fibra)

ədəd

400

7

Masa və mebel üçün əski 40sm*40sm

40*40, toz üçün, mikrofiber

ədəd

700

8

Əlcək

Material: Latex, L ölçü, qalın

cüt

3000

9

Hava təravətləndirici balon

300ml, müxtəlif ətirli , Marka: Glade və ya Air Wick

ədəd

200

10

Maye qab yumaq üçün

Növü: gel, Həcmi: 400ml, müxtəlif ətirli, 3-lü etki:tez təmizləmə, asan durulama, bol köpüklü (Fairy, Crystalex və ya ekvivalenti)

ədəd

150

11

Əl-üz sabunu

Növü: Gigiyenik, Dəri tipi: bütün dəri növləri, Çəki:120 qr, Təsiri:antibakterial (Safeguard və ya ekvivalenti)

ədəd

300

12

Maye əl sabunu

Qliserinli, 5 litr qablaşma (yerli və iran istehsalı olan mallara üstünlük verilməyəcək), ph 5,5, bütün dəri növlərinə uyğun, quruluq yaratmayan formula (Hobby və ya ekvivalenti)

ədəd

2500

13

Sanitar/q üçün tuz ruhu

kirəc sökücü, NET 600 qr, maye

ədəd

1000

14

Nəm salfet

Dəstdə sayı 90, Nəm salfetlərin növü: Antibakterial, Qoxu: Ətirsiz,  Təsiri: Dezinfeksiyaedici (Sleepy  və ya ekvivalenti)

ədəd

50

15

Tualet kağızı

18 m, 9.6 sm, 1*8 ədədlik bağlamada, 2 qat, yumşaq, (25120 ədəd və ya 3140 bağlama) (Selpak  və ya ekvivalenti)

ədəd

4000

16

Salfet qutu

Bəyaz, 20*21, qutuda 150 ədəd, 3 qatlı, 21±0,5 x 18±0,5 sm, bağlamada 15 qutu (Selpak  və ya ekvivalenti)

ədəd

200

17

Maye ləkə təmizləyən

450 qr, ərp və ləkə təmizləyici, (Mətbəx və sanitar qovşağında istifadə üçün) (Grass Gloss Anti ərp 600 ml və ya ekvivalenti)

ədəd

500

18

Salfet z qatlama

3 qatlı, 200 ədədli, bağlamada 12 paçka, ölçü:20x24 sm, dispenser üçün (Selpak  və ya ekvivalenti)

ədəd

25000

19

Salfet rulon mətbəx üçün

Rulon salfetka, ara kəsməli, 3 qatlı, ağ (bağlamada 4 ədəd olmaqla) (Selpak  və ya ekvivalenti)

bağlama

1000

20

Əski rulon

Rəngi: Sarı, Təmizləmə üçün əski rulonu 33x27sm, Say:20əd

ədəd

200

21

Zibil torbası böyük 80x110

1 rulonda əsasən 10 ədəd olur- ipli, Material: Davamlı polietilen, qara rəng.

ədəd

2000

22

Zibil torbası balaca 40x50 sm, 50x60 sm

1 rulonda əsasən 10 ədəd olur- ipli, Növlər: Bağlayıcılı, tutacaqlı, qoxuya qarşı (anti-odor)

ədəd

10000

23

Vedrə plastmas

Xüsusiyyətlər: Tutacaq, Həcm:15 Litr, Materialı: Plastik

ədəd

50

24

Yuyucu toz

Yuyucu toz 450qr HS, karton qutuda (Tide  və ya ekvivalenti)

ədəd

300

25

Sabun 72%li

Qliserin ilə, Çəki: 180 gr

ədəd

500

26

Sarı əski

Dəstdə say: 3 ədəd, Rəng: Sarı, Təyinatı: Universal təmizlik

ədəd

150

27

Şüşə təmizləyici maye

Həcmi:1000 ml, təmizləyici və parıldadıcı

ədəd

300

28

Maye sabun qabı

Həcmi: 500 ml, Ölçü: 14 sm hündürlük, 9 sm. En, Rəng:Xrom, Divara bərkitmə sistemi, Material:paslanmaz polad

ədəd

200

29

Mop şvabra sapı

Sap, tutacağı, Hündürlüyü tənzimlənə bilən, möhkəm və yüngül paslanmayan polad material.

ədəd

50

30

Mop şvabra başlığı

Uzunluq: 40 sm , Material:plastik

ədəd

50

31

Qab yumaq üçün süngər

Dəst: 5 ədəd, Tipi: İkitərəfli (yumşaq və abraziv/sərt səth)

dəst

50

32

Kanalizasiya açan maye

Həcm:1Litr, Məhsulun növü:Maye, Təsiri:Pis qoxuları aradan qaldırır, tıxanıqlığı açır, yüksək gigiyena təmin edir

ədəd

50

Şərt:

Satınalmada iştirak edən şirkətlərdən təqdim etdikləri məhsullar üzrə nümunələrin verilməsi tələb olunur.

Təchizatçılar tərəfindən təqdim edilən nümunələrdə tələb olunan məhsullar və onların texniki xüsusiyyətləri tam şəkildə öz əksini tapmalıdır.

Əks halda, yəni təqdim olunan nümunələr tələb olunan xüsusiyyətlərə uyğun gəlmədiyi təqdirdə, təchizatçının verdiyi təklif etibarsız hesab ediləcəkdir.

 Erize formasi.docx

Axtarış

×