“Aztelekom” MMC “Qida məhsullarının satın alınması” məqsədilə kotirovka sorğusu elan edir
Yüklənir
AZ

“Aztelekom” MMC “Qida məhsullarının satın alınması” məqsədilə kotirovka sorğusu elan edir

 

I.              Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§ Uyğunluq sənədləri;

§ Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 16.05.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bəndə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

II.            Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri və qiymət təklifi  əsli və surəti olmaqla  bir zərfdə 23.05.2025-ci il tarixində  saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

 Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin  və təchizatçının adı  qeyd edilməlidir.

III.           Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§ Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 120,99 AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

VÖEN: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bank VÖEN-i 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§ İştirak haqqı heç bir halda geri qaytarılmır.

Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

IV.          Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Baxşıyeva Zərnurə

Satınalma şöbəsi

Satınalma  mütəxəssisi

Telefon: (+994 12) 344 00 00 (2207)

Mobil:    (+994 50) 2787909

Mail: zarnura.bakhshiyeva@aztelekom.az

V.           Bank təminatı: tətbiq olunmur

VI.          Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 23 may 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da elanın IV qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

VII.         Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

Adı

Təsviri, texniki xüsusiyyətləri

Ölçü vahidi

Miqdar

1

Çay, sadə

500 qramlıq sadə qara çay

ədəd

1000

2

Çay, berqamot ətirli

450 qramlıq, sadə, qara berqamot ətirli çay

ədəd

1000

3

Konfet (şokolad)

şokolad, süfrəlik, qarışıq

kg

20

4

Konfet (karamel)

karamel, süfrəlik, qarışıq

kg

15

5

Qənd

ağ, təkli sarma, suda asanlıqla həll olunan, 500q

ədəd

1000

6

Qəhvə

190 q (suda həll olunan)

ədəd

100

7

Şəkər tozu

800 qramlıq

ədəd

200

8

Qəhvə kapsulu

Espresso Dolce və ya ekvivalenti (Lavazza LB-300 markalı kofe aparatı üçün)

ədəd

50

9

Qəhvə kapsulu

Espresso Crema Lungo və ya ekvivalenti (Lavazza LB-300 kofe aparatı üçün)

ədəd

50

10

Qəhvə kapsulu

Espresso Choco Fondente və ya ekvivalenti (Lavazza LB-300 markalı kofe aparatı üçün)

ədəd

30

11

Qəhvə kapsulu

Espresso Classico və ya ekvivalenti.   Qutuda 16 ədəd olmaqla  (Cremesso DC1044 markalı kofe aparatı üçün)

qutu

3

12

Qəhvə kapsulu

Espresso ALBA və ya ekvivalenti. Qutuda 16 ədəd olmaqla  (Cremesso DC1044 markalı kofe aparatı üçün)

qutu

5

13

Qəhvə kapsulu

Caramello və ya ekvivalenti.  Qutuda 16 ədəd olmaqla  (Cremesso DC1044 markalı kofe aparatı üçün)

qutu

3

14

Qəhvə kapsulu

El Ristretto və ya ekvivalenti.  Qutuda 16 ədəd olmaqla  (Cremesso DC1044 markalı kofe aparatı üçün)

qutu

4

15

Qəhvə kapsulu

Lungo Leggero və ya ekvivalenti.  Qutuda 16 ədəd olmaqla  (Cremesso DC1044 markalı kofe aparatı üçün)

qutu

3


Axtarış

×