Aztelekom MMC “Qarabağ filialında fasadın dəyişdirilməsi xidməti” məqsədilə açıq tender elan edir.
Yüklənir
AZ

Aztelekom MMC “Qarabağ filialında fasadın dəyişdirilməsi xidməti” məqsədilə açıq tender elan edir.





         

Elan tarixi:01.09.2025

        II.        

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§ Uyğunluq sənədləri;

§ Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 08.09.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

 

       III.        

Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri və qiymət təklifi əsli və surəti olmaqla bir zərfdə 15.09.2025-ci il tarixində saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin  və təchizatçının adı  qeyd edilməlidir.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

      IV.        

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 10 AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

VÖEN: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bank VÖEN-i 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§ İştirak haqqı heç bir halda geri qaytarılmır.

§ Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

       V.        

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Aytac İbrahimova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 0000 (daxili  2225)

Mail: aytaj.ibrahimova@aztelekom.az

 

      VI.        

Bank təminatı 50 AZN (əlli manat)

     VII.        

 Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 15 sentyabr 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

 

    VIII.        

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “Qarabağ filialında fasadın dəyişdirilməsi xidməti” ilə bağlı elan edilmiş açıq tenderdə iştirak etmək üçün

 

ƏRİZƏ

(ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

 

 

Bakı şəhəri                                                                                                   “___”_________ 2025-ci il

 

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satınalınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

 

________________________________                                   _______________________

                            A.S.A                                                                             İmza (möhür)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Satın alınacaq mallara dair

MƏLUMAT

Xidmətin adı

Texniki göstəricilər

Ölçü vahidi

Miqdarı

1

Fasad çöl reklamı (lightbox) montaj və yol xərci daxil olmaqla

Uzunluq 7 m ,Hündürlük -1 m , Material- premium metal konstruksiya olmalıdır, üzəri frez kəsim olunmuş alkopon, üzəri işıqlanan (lightbox) Aztelekom yazısı olan hissə plastik və orqanik kəsim şüşə olmalıdır. Karkası hava şəraitinə davamlı, işıqlandırılması LED modulları isə ön tərəfdən bərabər işıqlanan, uzunömürlü və enerji qənaətli olmalıdır. Rənglər- fasadın rəngləri brend rənglərinə uyğun şəkildə istehsal və çap edilməlidir.  

ədəd

1

 

Vizual-

https://drive.google.com/file/d/1JyMWu2hJtAYaMc6TPJX_ruFH-zQ7TXx7/view?usp=sharing

 

Aztelekom MMC Elan-Qarabağ -Fasad.docx

Axtarış

×