| Malın adı | Xüsusiyyətlərin təsviri | Say | Təsvir |
1 | Spirallı dəftər | Ölçü: A5 ölçüdə spirallı dəftər. Aztelekom-un göy rəngində Çölü: sərt örtük, ön və arxası Aztelekom göy rəngində xüsusi dizaynlı. Ön hissəyə Gofre çap olacaq. Dizayn təqdim olunub. Daxili: təqribən 80-90 qram ağ, damalı kağız. İçərisinin dizaynı təqdim olunub. Vərəq sayı: minimum 80 | 1500 |
|
2 | Gündəlik | Ölçü: 13x21 sm ölçüdə göy rəngdə Termo dəri qapaqlı dəftər. Sağ tərəfində qələm yeri olsun. Daxili: minimum 112 vərəq, təqribən 80-90 qram Ivory kağız (krem rəngi). Azərbaycan dilində. Təqvim günləri daxil olmaqla. İlk səhifəsində şablon şəxsi məlumatlar, arxa hissəsində ölkə-bayram günləri barədə məlumat. 2-ci vərəqində 2026-2027 üzrə təqvim. Vərəqlər 2025-in Dekabr ayının son günlərindən başlasın. 2026 və 2027-ni bütövlüklə əhatə etsin. Gündəlikdə 2027 təqvimi bitdikdən sonra əlavə vərəqlər qalarsa, təqvimsiz qeyd yeri kimi istifadəyə yararlı olsun. Xarici: Termo dəri qapaq. Üzündə aşağı hissədən 3-5 sm hündürlükdə loqo qoyulsun. Deboss basqı (soyuq gofre, içəriyə doğru) Qələm taxma lastik yeri olsun. Dizayn təqdim olunub. | 500 |
|
3 | A4 çanta | Ölçü: A4 ölçüdə Aztelekom göy rəngində kağız çanta Xarici: təqribən 230-240 gr bristol materialda kağız, burmalı ağ rəngdə ipli qulplar. Aztelekom brendinqinə uyğun dizayn çap faylı üzərinə həkk olunmalıdır. Dizayn təqdim olunub. Ofset çap çantanın hər iki tərəfində olacaqdır. Mat laminasiya ilə birgə. | 1500 |
|
4 | Qeyd kağızı | Ölçü: 8 x 8 sm İç vərəq: minimum 275 ədəd. təqribən 80-85 qr ofset kağızı. Dizayn təqdim olunub Qutu: kağızların hamısının qoyulduğu 1 ədəd komplekt qutu olsun. minimum 300 qr bristol kağız + UV çap ilə Aztelekom göy rəngində. Aztelekom loqotipi qutu üzərində olsun. Dizayn təqdim olunub. | 1000 |
|
5 | Qələm metal | Metal göy korpuslu, silindrik və incə tutacaqları olan qələm. Üst hissəsi cihazın ekranı üzərində istifadəyə uyğun universal (bütün cihazlarda yararlı) stilius olmalıdır. Korpusun bir tərəfində ağ rəngdə Aztelekom loqosu birtərəfli trafalet çap olacaq. Dizayn təqdim olunub. | 1500 |
|
6 | Qələm metal (Soft-touch) | Uzunluğu təxminən 14 sm, çəkisi 20–25 qram. Korpus (yazı zamanı tutulan) barrel, body hissə - slindrik mat göy rəngdə. Korpus yumşaq səthə malik olsun - "soft-touch" material. Üst hissə (cap və ya twist) - parıldayan metal. Mexanizm Twist, yəni daxili döndürmə sistemi ilə açılıb-bağlanma olsun. Parıldayan metal materialındakı üst hissədə göy rəngdə birtərəfli trafalet çap ilə Aztelekom loqosu həkk olunacaq. Tutacaq (grip) hissə - korpusla eyni material və hissədə birləşir. Ayrıca deyil. Dizayn təqdim olunub. | 600 |
|
7 | A5 sticker list | Ölçü: A5 Material və çap: İçində 10 ədəd fərqli ölçüdə öz kontur ölçüsü ilə kəsilmiş sticker. Rəqəmsal çap. Stikerin arxasında uzunömürlü yapışqan qat.Konturlu (die-cut) kəsim nəzərə alınsın. Listin içində stikerlərin konturuna uyğun rəqəmsal çap. Dizayn təqdim olunub. | 1000 |
|
8 | Maşın günəşlik | Asan bükülə bilən gümüşü rəngdə maşın günəşliyi. Qatlama bölmələri 2 ədəd dairə formasında olmalıdır. Üzərinə hər iki dairə üzərinə trafalet və ya sublimasiya çap ilə göy rəngdə Aztelekom loqosu həkk olunacaq. Göy rəngdə loqo hər iki dairənin mərkəzindən çap olunacaq. Ölçü: Standart avtomobil ön şüşəsinə uyğun (təxminən 130 × 60 sm və ya sifarişə uyğun) Material: İşıq əks etdirən alüminium laylı folqa + PE köpük qat Dizayn təqdim olunub. | 200 |
|
9 | USB fləşkart | Bu predmet komplekt formasındadır və 2 komponentdən ibarətdir: 1) Fləşkart - 512 GB həcmi olan Sibo dəri USB fləşkart. Dairəvi açarlıq dəmiri ilə birgə. Metal hissəsinin tən ortasından qara rəngdə Aztelekom loqosu lazer çap olunsun. 2) Qutu - Fləşkart qara üzəri plastik və ya şüşə ilə görünən qutuda təqdim edilsin. Qutunun plastikindən USB görünsün. Dizayn təqdim olunub. | 300 |
|
10 | Noutbuk üçün altlıq | Qatlana bilən noutbuk altlığı Üzərinə qara rəngdə Aztelekom loqosu lazer çap. Altlığın oturacaq hissəsi 2 ədəddir. Hər 2 tərəfə lazer oyma çap olacaq. Sol tərəfdəki oturacaq hissədən 180 dərəcə istiqamətdə horizontal formada qara rəngli Aztelekom loqosu həkk olunsun. Sağ tərəfdəki oturacaq hissədə isə qara rəngdə www.aztelekom.az saytı yazısı yerləşdiriləcək. Çaplar suyadavamlı, uzunömürlü və silinməyən olsun. Dizayn və nümunə təqdim olunub. Ölçü: təxminən 240×140 mm. Material: Gümüşü alüminium – yüngül və istiliyi effektiv yayır. Rəng: Gümüşü. Qatlama: Portativ qatlanan dizayn. Uyğunluq: 7–17″ noutbuklar üçün. Soyutma: Alüminium səth temperaturu azaldır. Çəki: Təqribən 200–300 q. | 300 |
|
11 | Fincan | Ağ rəngdə standart fincan. Qulpu da ağ rəngdə olsun. Göy rəngdə Aztelekom loqosu fincanın hər iki tərəfində sublimasiya çap olunsun. Çap keyfiyyəti uzunömürlü, suyadavamlı və silinməyən olsun. Dizayn təqdim olunub. | 200 |
|
12 | Fincan altlığı | Qəhvəyi rəngdə dəri fincan altlığı. Sapları bərk, qopmayan və yüksək temperatura dözümlü material. Altlığın mərkəzində ağ rəngli Aztelekom loqosu lazer oyma çap olunsun. Dizayn təqdim olunub. | 200 |
|
13 | Premium bel çantası (rüqzaq) | Su keçirməyən materialdan hazırlanmış bel çantası (Backpack). Dizayn və nümunə təqdim olunub. Material: Yüksək keyfiyyətli, sıx teksturalı suyadavamlı polyester. Çəki: təxmini 500 - 700 qram aralığında. Xarici hissə: 30 × 41 sm. Qara rəng. Çantanın ön hissəsində, mərkəzdə ağ rəngdə Aztelekom loqosu yerləşdiriləcək. Çap ölçüsü 15 × 10 sm. Çap üsulu isə silinməyən, uzunömürlü sublimasiya və ya trafaret çap. Daxili hissə: 1 ədəd noutbuk üçün qoruyucu cib – ölçüsü 28 × 30 sm. Əlavə ciblər - 1 ədəd sənədlər, 2 ədəd qələm və 1 ədəd aksesuarlar üçün əlavə cib. Əlavə xüsusiyyətlər: – Yumşaq arxa hissə (rahat daşıma üçün) – Gücləndirilmiş tikiş və zəncirbəndlər | 200 |
|
14 | Kabelsiz şarj cihazı | Bu predmet komplekt formasındadır və 2 komponentdən ibarətdir: Dizayn təqdim olunub. 1) Şarj cihazı – kolba tipli kabelsiz PD/3Amper şarj cihazı. Ölçü və çəki: təxmini 116 x 72 x 135 mm / 125-135 qr aralığında Telefon, qulaqcıq və ağıllı saatı şarj edə bilən funksionallıq. Type-C giriş: 5V/3A; 9V/2A; 12V/2A Wireless çıxış: Telefon 15W max, saat 2,5W, qulaqcıq 3W Səthi sürüşməyən və telefonun sabit qala biləcəyi örtük. Şarj cihazı özü də Type-C ilə şarj oluna bilən olsun. Məhsulun telefon şarj yerinin arxa hissəsində (daxili tərəf) suyadavamlı və qopmayan Aztelekom loqosu lazer çap olunsun. 2) Qutu - Ölçülərə uyğun qara qutu iilə birgə təqdim edilsin. Karton qutunun mərkəz hissəsində də ağ rəngdə Aztelekom loqosu lazer çap olunsun. Loqo çapları suyadavamlı və qopmayan olsun. | 250 |
|
15 | Premium biznes dəst 3-lü (qutu, içində termos, powerbank və premium qələm) | Tesla qutulu özəl premium dəstdir. Bu predmet komplekt formasındadır və 4 komponentdən ibarətdir. Dizaynlar və nümunələr təqdim olunub. 1) Termos – 350 ML MAT QARA RƏNGDƏ TERMOS. 14.5 sm ümumi. Aşağısı 8.7 sm, yuxarı hissə 6.5 sm. Real termos funksiyasl. 4-6 saat ərzində isti və ya soyuq tuta bilsin. 304 paslanmaz polad. Qapağı sızdırmayan, örtüyü yumşaq olsun. Ağ rəngdə Aztelekom loqosu termosun mərkəzindən lazer çap. Çap suya davamlı və qopmayan olsun. 2) Qələm - Uzunluğu təxminən 14 sm, çəkisi 20–25 qram. Korpus (yazı zamanı tutulan) barrel, body hissə - slindrik mat qara rəngdə. Korpus yumşaq səthə malik olsun - "soft-touch" material. Üst hissə (cap və ya twist) - parıldayan metal. Mexanizm Twist, yəni daxili döndürmə sistemi ilə açılıb-bağlanma olsun. Parıldayan metal materialındakı üst hissədə göy rəngdə Aztelekom loqosu həkk olunacaq. (birtərəfli trafalet çap) Tutacaq (grip) hissə - korpusla eyni material və hissədə birləşir. Ayrıca deyil. 3) Powerbank - QARA RƏNGDƏ POWERBANK / 10.000 mAh. 144 x 67 x 15 mm ölçüdə, təqribən 220 - 230 qram ağırlıqda. Plastik gövdə, giriş 5V / 2 A, Type C girişi 5V / 2A, birinci çıxış axımı 5V / 1A, ikinci çıxış 5V / 2.1A. 2 ədəd USB və 1 ədəd Type-C çıxışı. Tam potensiallı litium polimer batareya tutumu üzərində 1-100 arası tutumunu rəqəmlə göstərən LED ekran. 2 ədəd telefonu eyni anda şarj edə bilmək funskiyası. Təkli şarj kabeli üzərində verilsin. Gövdənin düz ortasından ağ rəngdə Aztelekom loqosu UV çap (sol aşağıdan yuxarı istiqamətdə). Suyadavamlı və qopmayan formada çap. 4) Qutu - 22x27x10 sm ölçüdə qara rəngli mat qutu. Qutunun üzərində mərkəzdə ağ rəngdə Aztelekom loqosu ofset çap. Qutunun oyuqlarının dərinliyi məhsulların ölçü və formalarına görə nəzərə alınsın. Hər bir məhsul rahatlıqla oyuğa yerləşməlidir. | 300 |
|
| | | | |
| PROMO___Aztelekom MMC - Ərizə forması.docx
|
|
|
|