Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-nin korporativ müştərilərlə növbəti görüşü keçirilib

Ənənəvi olaraq keçirilən görüşə dəvət alan bir neçə tərəfdaş şirkətin rəhbər və  təmsilçiləri ilə mövcud qarşılıqlı münasibətlər, gələcək planlar haqqında fikir və təkliflər müzakirə edilib.

“Aztelekom” MMC-nin Kommersiya Departamentinin direktoru Elçin Cabarov belə görüşlərin qarşıya çıxa biləcək  çətinliklərin operativ şəkildə aradan qaldırılmasında, müştərilərlə fikir mübadiləsi  nəticəsində ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsində  çox səmərəli olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Azərxalça” ASC, “AzerGold” QSC, “PMD Group” MMC, “FİNCA”, “Tabaterra” QSC və “Kredit evi” MMC-nin əməkdaşları iştirak ediblər.

 

Axtarış

×