“Aztelekom” MMC-nin baş direktoru Suat Paşayevlə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin İqtisadi əməkdaşlıq şöbəsinin müdiri, birinci katib Castin Berq arasında görüş keçirilib.
“Aztelekom” MMC-nin mərkəzi ofisində keçirilən görüşdə Azərbaycan Respublikasının telekommunikasiya infrastrukturunun inkişafı, bu istiqmətdə milli rabitə operatoru olaraq “Aztelekom”un rolu, görülən işlər və gələcək layiləhər müzakirə olunub.
Görüşdə İKT sahəsində baş verən yeniliklər, perspektivlər və gələcəkdə həyata keçiriləcək planlar ətrafında fikir mübadiləsi aparılıb.