Aztelekom
Yüklənir
AZ

“Bakutel 2019” çərçivəsində bir sıra işgüzar görüşlər keçirilib

Bakı Ekspo Mərkəzində 4 gün davam edən “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi başa çatdı.

Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC hər il olduğu kimi, bu dəfə də yeni layihələri və xidmətləri ilə sərgidə təmsil olundu. Həmçinin, “Bakutel 2019” çərçivəsində bir sıra xarici və yerli şirkətlərin, dövlət və kommersiya qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirildi.

Yerli və xarici şirkət nümayəndələrinin təmsilçiləri ilə ölkənin telekommunikasiya infrastrukturunun inkişafı, bu istiqamətdə regionlarda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıldı.

İşgüzar əlaqələrin qurulması üçün unikal platformaya çevrilən sərgidə mövcud olan xidmətlərdən danışıldı, ziyarətçilər və digər şirkət nümayəndələrinə yeni məhsullar barədə qısa məlumatlar verildi.

Qeyd edək ki, sərgidə 23 ölkədən 238 şirkət iştirak edib. ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunublar.

06.12.2019

Axtarış

×