Aztelekom
Yüklənir
AZ

“Aztelekom”un ən fəal əməkdaşları təltif olundu

“Aztelekom” MMC-nin mərkəzi ofisində 2019-cu ilin satış və müştəri yönümlü konsepsiyasının tətbiqi nəticələri ilə bağlı telekommunikasiya qovşaqlarının (TKQ) əməkdaşlarının iştirakı ilə toplantı keçirilib.

Baş direktorun birinci müavini Zaman Verdiyev toplantını giriş sözü ilə açaraq 2019-cu ildə əldə olunan nəticələrdən, Kommersiya Departamentinin direktoru Elçin Cabarov isə infrastrukturun genişləndirilməsi istiqamətində qarşıya qoyulan hədəflərdən danışıb.

Tədbirin yekununda Quba, Zərdab, Oğuz, Ağcabədi, Cəlilabad, Şamaxı, Biləsuvar, İmişli, Füzuli, Naftalan, Qusar, Gədəbəy, Ağdam, Cəbrayıl, Şabran, Xızı, Zaqatala, Hacıqabul, Bərdə, Abşeron, Şəki, Gəncə, Göygöl, Kürdəmir, Mingəçevir və Qax TKQ-nın və “Aztelekom” MMC-nin mərkəzi ofisində çalışan bir neçə əməkdaşlar il ərzində göstərdikləri yüksək nəticələrə görə təşəkkürnamələr ilə təltif olunublar.  

 

14.01.2020

Axtarış

×