Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-nin əməkdaşları üçün növbəti təlim keçirilib

“Kadrların inkişafı” proqramı üzrə “İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi”nin təşkilatçılığı ilə “Aztelekom” MMC-nin əməkdaşları üçün “Rəsmi işgüzar və biznes etika qaydaları” adlı təlim keçirilib.

Bir həftə davam edən təlimdə sənədləşmə işlərinin qanunvericilik əsasında aparılması və qaydalara uyğunlaşdırılması, işgüzar və subordinasiya qaydalarının təmin edilməsi prosesləri ətrafında peşəkar təlimçi tərəfindən tədris və müzakirələr aparılıb.

 Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Axtarış

×