Yüklənir
AZ
  • Onlayn müraciət
  • Onlayn ödəmə
    Telefon
    Internet

    Tackart
  • ŞƏXSİ KABİNET
  • Çağrı mərkəzi

Regionlardakı telekommunikasiya müəssisələrinin rəhbərləri və təlhükəsizlik sahəsinin məsul işçiləri üçün təlimlər təşkil edilib

“Aztelekom” MMC-nin regionlardakı telekommunikasiya müəssisələrinin rəhbərləri və təlhükəsizlik sahəsinin məsul işçiləri üçün təlimlər təşkil edilib.

Sözügedən təlimlər “Aztelekom”un “Kadrların inkişafı” proqramı üzrə “İKT LAB Tətbiq və Tədris” mərkəzinin və Azercell Akademiyanın təşkilatçılığı ilə aparılıb.
“İdarəetmə bacarıqları” mövzusunda iştirakçılara təcrübəli təlimçilər tərəfindən təhlil və planlaşdırma, maliyyə təhlili və hesabatlaşdırma, risklərin təyin edilməsi, kouçinq, təşkilati işlərin aparılması, müştəri məmnuniyyəti, satış bacarıqları və diqər metodlar tədris edilib.

“Əməyin mühafizəsi və fiziki təhlükəsizlik” adlı təlim çərçivəsində əməkdaşlar ilkin tibbi yardımın göstərilməsi, fiziki təhlükəsizlik və yüksəklikdə işlərin aparılması metodları üzrə təlimatlandırıldı, əldə olunan biliklərin daha dərindən mənimsənilməsi üçün tədbirin ikinci hissəsində praktiki tapşırıqlara yer verildi.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edildi.

24.02.2020 

Axtarış

×