Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-də dezinfeksiya işləri davam etdirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri davam etdirilərək, “Abunə şöbəsi”ndə, iş otaqlarında, foye və konfrans zalında, giriş və çıxışlarda xüsusi dərmanlama işləri görülüb.

Bundan əlavə mərkəzi inzibati binada işçi otaqların, sanitar qovşaqların, dəhlizin, liftlərin içərisinin, pilləkənlər və pilləkən qəfəslərindəki tutacaqların, MMC-yə giriş hissədə quraşdırılmış turniketlərin və qapı cəftələrinin dezinfeksiyası aparılır.

Baş idərədə çalışanlarla yanaşı, regionlarda çalışan əməkdaşların da sağlamlığı və təhlükəsizliyi hər zaman diqqətdə saxlanılır, virusdan qorunmaq məqsədilə zəruri vasitələrlə təmin olunur.

07.03.2020

Axtarış

×