Aztelekom
Yüklənir
AZ

“Aztelekom” Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına qoşuldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi bu gün qanvermə aksiyasına qoşulub.

Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyası təşəbbüsünə dəstək olan kollektivin könüllüləri koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan veriblər.

Milli Hematalogiya və Transfuziologiya Mərkəzi - Qan Bankında keçirilən nəcib aksiyada tibb briqadasının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra müvafiq qaydada qan götürüblər.

14.05.2020

Axtarış

×