Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC korporativ tərəfdaşlarla onlayn görüş keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin nümayəndələri ilə tərəfdaş korporativ müştərilərin təmsilçiləri arasında onlayn formatda görüş keçirilib.

“Aztelekom” nümayəndələri təmsil etdikləri qurumun daim müştərilərə xüsusi yanaşma strategiyası tətbiq etdiyini və artıq ənənə halını almış görüşlərin qarşıya çıxa biləcək problemlərin həllində mühüm rol oynadığını bildirib.

Onlayn görüş zamanı korporativ müştərilərin təmsilçiləri öz növbəsində gələcək planların birgə müzakirə üçün bu görüşlərin davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

20.05.2020

Axtarış

×