Yüklənir
AZ

“Aztelekom” internet xidməti üzrə tarifləri endirdi

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC internet tariflərinə dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün internetin sürəti yüksəldilmiş, aylıq istifadə haqqı minimum 35 %-dək endirilmişdir. Bu isə öz növbəsində internetdən istifadəyə daha yaxşı şəraitin yaradılması və xidmət üzərindən məlumatların daha yüksək trafiklə ötürülməsinin həyata keçirilməsi deməkdir.

O cümlədən, Aztelekom tərəfindən GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

Yeni tariflər barədə ətraflı məlumatı www.aztelekom.az saytından, 170 çağrı mərkəzindən və ya “Aztelekom” MMC-nin regional filiallarından əldə etmək mümkündür.

Axtarış

×