Aztelekom
Yüklənir
AZ

Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon danışıq tarifləri yenilənib

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixində keçirilən iclasında sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün ƏDV daxil olmaqla 3,5 manat təşkil etməsinə, həmçinin şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsinə qərar verilmişdir.

Dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə aşağı düşüb ki, bu da öz növbəsində rabitə sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinə mənfi təsir edir. Yeni tariflərin tətbiqi mövcud tariflərin maya dəyərinə mərhələli şəkildə uyğunlaşdırılmasına, təsərrüfat subyektlərinin investisiya qoyuluşu imkanlarının genişlənməsinə, beynəlxalq və şəhərlərarası trafik mübadiləsindən gəlirlərin azalmasının kompensasiyasına imkan verəcək.

 

Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir.

Tarix: 27.10.2022

Axtarış

×