Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC “GSMA M360 EURASİA 2023” beynəlxalq konfransında iştirak edəcək

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə müxtəlif genişmiqyaslı layihələr həyata keçirən “Aztelekom” MMC ölkədə ilk dəfə keçirilən “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gələcək. Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparılacaq.

“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Elçin Niyazov mayın 16-da Azərbaycanda fiber-optik internet üzrə görülən işlərlə bağlı təqdimatla çıxış edəcək. E.Niyazov şirkətin həyata keçirdiyi müxtəlif layihələr, o cümlədən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Azərbaycanda telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən işlərlə bağlı ətraflı məlumat verəcək.

“GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, 5G və infrastrukturun gələcəyi, “Əşyaların interneti”, “Süni intellekt və maşın öyrənməsi”, “Fintek”, kibertəhlükəsizlik kimi bir sıra mövzuları əhatə edir. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcəklər.
 

Axtarış

×