Aztelekom
Yüklənir
AZ

“Aztelekom”da “Heydər Əliyev İli” çərçivəsində tədbir təşkil edilib

“Heydər Əliyev İli” çərçivəsində mayın 18-də “Aztelekom” MMC-də tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Anar İsgəndərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra edən Elçin Niyazov və “Aztelekom”un kollektivi iştirak edib.

İclasdan əvvəl iştirakçılar Ulu Öndərin inzibati binada yerləşən büstü önünə əklil və güllər qoyublar.

Tədbirdə cənab Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi vurğulanıb, Ümummilli Liderin əvəzsiz xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib və Ulu Öndərin Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlərdən söz açıblar.

Tədbirdə cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və 44 günlük müharibədə qazanılan qələbə vurğulanıb.

Toplantıda “Heydər Əliyev İli” çərçivəsində “Aztelekom”da ötən dövr ərzində həyata keçirilən tədbirlər və qarşıda dayanan məsələlər müzakirə edilib.

Axtarış

×