Aztelekom
Yüklənir
AZ

"Aztelekom”un rəhbəri həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib

Azərbaycanda elektron hökumət quruculuğu sahəsində cari vəziyyət barədə məlumat paylaşımı və beynəlxalq təcrübə mübadiləsini təşkil etmək məqsədilə “Azərbaycanda Elektron Hökumət Sahəsində İnkişaf: Çağırışlar, Əməkdaşlıq və İmkanlar” adlı tədbir təşkil olunub.

Tədbir 25-26 iyulda İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Astana Dövlət Xidmətləri Mərkəzi (ACSH) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Qazaxıstan ofisinin tərəfdaşlığı ilə ADA Universitetində keçirilib.

“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Elçin Niyazov çıxışı zamanı Azərbaycanda həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib, xüsusilə işğaldan azad olunmuş ərazilərdə telekommunikasiya sahəsinin optimallaşdırılmasından danışıb.
 

Axtarış

×