Aztelekom
Yüklənir
AZ

“Aztelekom” şəhid ailələri və müharibə əlilləri üçün internet xidmətlərini xüsusi güzəştlə təklif edir

“Aztelekom” şəhid ailələri və müharibə əlilləri üçün internet xidmətlərini xüsusi güzəştlə təklif edir

 

“Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində təqdim etdiyi xidmətlər üzrə şəhid ailələri və müharibə əlilləri üçün “Təşəkkür” tarifini təqdim edir.

Şirkət şəhid ailələri və müharibə əlilləri üçün GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası tarifləri əsasında internet xidmətləri üzrə 50%-ə qədər güzəşt təklif edir.

Həmin şəxslər üçün 6 fərqli paket üzrə internet qiymətlərində güzəşt təklif olunur.

 

GPON xidmətləri

Sürət

        Standart qiymət

Təklif qiyməti

İnternet+ telefoniya

30 Mbit/s

21 AZN

13 AZN

İnternet+ telefoniya

50 Mbit/s

29 AZN

16 AZN

İnternet+telefoniya+Rəqəmsal TV

30 Mbit/s

27 AZN

19 AZN

İnternet+telefoniya+Rəqəmsal TV

50 Mbit/s

35 AZN

23 AZN

İnternet+Rəqəmsal TV

30 Mbit/s

24 AZN

17 AZN

İnternet+Rəqəmsal TV

50 Mbit/s

32 AZN

21 AZN

 

Birinci paketdə GPON texnologiyası əsasında 21 AZN tariflə təqdim edilən 30 Mbit/s sürətli internet və telefoniya xidməti şəhid ailələri və müharibə əlillərinə güzəştli qiymətlə 13 AZN-ə təklif edilir. GPON texnologiyası əsasında 50 Mbit/s sürətlə təqdim edilən eyni xidmətlər üçün tarif 29 AZN-dən 16 AZN-ə endirilib.

Həmçinin internet, telefoniya ilə yanaşı, Rəqəmsal TV xidməti də daxil olan paketlərə güzəşt tətbiq edilib. Bu 3 xidmətin daxil olduğu və internet sürəti GPON texnologiyası əsasında 30 Mbit/s olan paket sözügedən şəxslərə 27 AZN-ə deyil, güzəştlə 19 AZN-ə təklif edilir.

İnternetin sürəti GPON texnologiyası əsasında 50 Mbit/s olan və qeyd edilən 3 xidmətin birlikdə təqdim olunduğu paket şəhid ailələri və müharibə əlilləri üçün 35 AZN-dən 23 AZN-ə endirilib.

GPON texnologiyası əsasında 24 AZN tariflə təqdim edilən 30 Mbit/s sürətli internet və Rəqəmsal TV xidməti şəhid ailələri və müharibə əlillərinə güzəştli qiymətlə 17 AZN-ə təklif edilir. GPON texnologiyası əsasında 50 Mbit/s sürətlə təqdim edilən eyni xidmətlər üçün tarif 32 AZN-dən 21 AZN-ə endirilib.

Təklifdən I və II Qarabağ müharibəsi və Əfqanıstan müharibəsi əlilləri və şəhid ailələri yararlana biləcəklər. Müvafiq sənədləri təqdim edən mövcud və yeni müştərilər təklifdən faydalanacaqlar.

Yeni tarif paketlərindən yararlanmaq istəyən müştərilər xidmətlərə qoşulmaq üçün 14 sentyabr tarixindən etibarən aztelekom.az saytına və ya ərazi üzrə xidmət göstərən müvafiq şöbəyə müraciət edə bilərlər.

Ətraflı məlumat üçün "Aztelekom"un "170" Çağrı Mərkəzinə zənglər qəbul edilir.

Axtarış

×