Aztelekom
Yüklənir
AZ

Vətən müharibəsində şəhid olan əməkdaşımız yad edilib

7 oktyabr 2023-cü il tarixində “AzEuroTel” MMC-nin 44 günlük Vətən müharibəsində şəhid olmuş əməkdaşı Nurəhməd Hacıbəy oğlu Ulubəyovun anım günü keçirilib.

“Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC-nin kollektivi “AzEuroTel” MMC-nin İkinci Fəxri xiyabanda dəfn olunan əməkdaşı Nurəhməd Ulubəyovun məzarını ziyarət edib, şəhidin məzarı önünə gül dəstələri və əklil qoyub.

Daha sonra şəhid əməkdaşımızın yaşadığı həyətdə onun əziz xatirəsinə ucaldılan abidə ziyarət olunub, önünə gül dəstəsi qoyulub və ailəsinə başsağlığı verilib.

Qeyd edək ki, N.Ulubəyov 44 günlük Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 8-də 25 yaşında qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Nurəhməd Ulubəyov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Axtarış

×