Aztelekom
Yüklənir
AZ

Qəbələ rayonunda təsərrüfatların 48%-nin genişzolaqlı internetə çıxış imkanı təmin edilib

“Aztelekom” MMC Qəbələ rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 48%-nə  GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, Qəbələ şəhər mərkəzi, Qəbələ rayonunun Həmzəli, Bum, Qəmərvan, Tüntül, Nohurqışlaq, Vəndam, Seyidqışlaq, Bunud, Hacıalılı, Böyük-Əmilli, Tövlə, Şəfili, Çarxana, Ovculu, Mamaylı, Zalam, Kiçik-Əmirli, Mollaşıxalı, Yenikənd və Topbağ kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə Qəbələ rayonu ərazisində 15130 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib.

Hazırda Qəbələ şəhərində 3687 təsərrüfatdan 3503 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq, 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71%-ni təşkil edir.

Axtarış

×