Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-də Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“Aztelekom” MMC-də Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları inzibati binada Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ümummilli Lider və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Heydər Əliyevin ölkəmizin inkişafına verdiyi töhfələrdən bəhs edilib.

Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin hörmətlə anırıq!

Axtarış

×