Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-nin rəhbər heyəti şəhid ailələrini ziyarət edib

İyunun 12-13-də müqəddəs Qurban bayramı münasibətilə “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin Vətən müharibəsində həlak olmuş əməkdaşlarının ailələri ziyarət edilib.

 

“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin rəhbər heyəti, habelə Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri şəhid Nurəhməd Ulubəyov, Şəhriyar Qasımov və Nail Orucovun ailələrinə baş çəkiblər.

 

Görüşdə Vətən yolunda canından keçmiş əməkdaşlarımızın xatirəsi ehtiramla yad edilib, onların xalqımıza yaşatdıqları qürur hissindən bəhs olunub. Eyni zamanda şirkətin daima şəhid ailələrini diqqətdə saxladığı, onlara dəstək göstərdiyi vurğulanıb.

 

Daha sonra şəhid ailələrinə bayram sovqatı təqdim olunub.

Axtarış

×