Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Aztelekom”MMC-nin baş direktoru Suat Paşayev ulu öndərin Azərbaycan xalqına və dövlətçiliyinə müstəsna xidmətlərindən söz açaraq, onun xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulacağını qeyd edib.

Digər çıxış edənlər də ümummilli liderin dövlətçiliyimizin yaranmasında və inkişafındakı xidmətlərindən söz açıblar.

Tədbirin sonunda dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub. 
10.05.2018

10.05.2018

Axtarış

×