Aztelekom
Yüklənir
AZ

Regionlarda telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması mövzusunda növbəti tədbir keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda abunəçilərə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə təşkil edilən təlimləri davam etdirir.

Davamlı olaraq keçirilən görüşlərdə xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması,  güzəşt kampaniyaları, yeni istifadəyə verilən məhsullar barədə müştərilərin operativ məlumatlandırılması, yaranan problemlərin operativ həlli, yeni təkliflər, eləcə də gələcək planlar barədə müzakirələr və fikir mübadiləsi aparılır.

Kürdəmir Telekommunikasiya Qovşağında keçirilən növbəti tədbirdə Ağsu, Zərdab, Göyçay, Ucar Telekommunikasiya qovşaqlarının (TKQ) rəhbərlikləri və  əməkdaşları da iştirak ediblər.

Tədbirdə “Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov çıxış edərək bildirib ki, müştəri məmnuniyyətinin qazanılması, qarşıya qoyulan hədəflərə daha tez çatmaq üçün yeni yanaşma tətbiq olunur ki, bu da öz növbəsində əməkdaşlardan çeviklik, işə məsuliyyət tələb edir. 

Onun sözlərinə görə, belə görüşlərin keçirilməsi isə, bu məqsədlərə çatmaq üçün fürsətdir və öz faydasını verir.

Digər çıxışçılar da müştəriyə daha da yaxın olmaq üçün yeni yanaşma strategiyasının əhəmiyyətini vurğulayıblar.

Xatırladaq ki, bundan öncə Şirvan , Yevlax və Qəbələ TKQ-lərdə da belə görüşlər keçirilib.

Qeyd edək ki, görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

Axtarış

×