Aztelekom
Yüklənir
AZ

“Aztelekom” MMC-nin kollektivi uşaqları sevindirib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi Mingəçevir şəhərində yerləşən İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada olub.

Gimnaziyada təhsil alan şagirdlərin hər birinə bayram münasibəti ilə, idman geyimi, mikrofon, səsgücləndirici aparat və digər hədiyyələr təqdim olunub.

Gimnaziyanın direktoru şagird və müəlimlər adından “Aztelekom” MMC-nin kollektivinə bu xeyirxah missiyaya görə təşəkkürünü bildirib.

Qeyd edək ki, sözügedən gimnaziyada 141 şagird dövlət himayəsində təhsil alır.

04.06.2018

Axtarış

×