Aztelekom
Yüklənir
AZ

Gəncədə “Müştəriyə yönəlik xidmət mədəniyyəti” adlı interaktiv-təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda abunəçilərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədi ilə təşkil edilən təlimləri davam etdirir.

Kommersiya departamentinin Müştəri xidmətləri şöbəsinin müdiri Fidan Məmmədova tərəfindən Gəncə Telekommunikasiya İdarəsində “Müştəriyə yönəlik xidmət mədəniyyəti” adlı interaktiv-təlim keçirilib.  Toplam 52 nəfər üçün keçirilən bu təlimdə Gəncə TKİ, Goranboy TKQ  və Şəmkir TKQ-nin müştəri xidmətlərinin əməliyyatçıları, satış şöbələrinin əməkdaşları və ilk dəfə olaraq montyorlar da iştirak ediblər. 

Təlimin əsas mövzuları – “ünsiyyət bacarıqları, xidmət standartları və müştəri tipləri” haqqında müzakirələr aparılıb və əməkdaşlara lazımı istiqamətlər göstərilib. “Aztelekom”- un fəaliyyəti tarixində ilk dəfə bu formatda keçirilən təlimdən sonra hər bir iştirakçıya sertifikat təqdim olunub.

Xidmət keyfiyyətinin artırılması və müştəri məmnuniyyətin təmin edilməsində  sözügedən təlimlərin rolu böyük olduğundan, gələcəkdə bu təlimlərin digər TKQ-lərdə də keçirilməsi planlaşdırılır.

08.06.2018

Axtarış

×